Şou
Röya ATV-də üzüyünü itirib: “Bütün işçilərdən xahiş edirəm...”
Müğənni Röya Ayxan zinət əşyasını itirib. Lent.az-ın məlumatına görə, ötən gün “Azad Azərbaycan” telekanalının “Gündəlik” verilişinə qonaq olan ifaçı proqram zamanı üzüyünü itirdiyini deyib: “Dünən ATV telekanalında çox sevdiyim üzüyümü itirmişəm. Bütün işçi heyətindən həmin üzüyün tapılmasını xahiş edirəm. O üzük mənim üçün çox dəyərlidir. Onu bilirəm ki, üzüyü mənim üçün ayrılan otaqda barmağımdan çıxartdım”.