Şou
Milli.Az
Rəmişin toyu oldu - FOTO
Axşam.azXalq artisti Rafiq Hüseynovla (Rəmiş) həyat yoldaşı Gülünün 37 il sonra ikinci dəfə toyları olub
-ın məlumatına görə, bu, ATV-də yayımlanan “Mənə bir az ondan danış” verilişində baş tutub.
Proqramda
Gülüyə ağ gəlinlik geyindirilib. Gəlinin toy bacısı xanəndə
Elnarə Abdullayeva, bəyin sağdışı isə aşıq
Əliolub.
Gitara ifaçısının xanımı ağ gəlinliyi ilk dəfədir geyindiyini bildirib:
“Bizim çox maraqlı həyatımız olub. Həm acı, həm də xoş günlər yaşamışam. Rəmişlə ailə qurduğum günü xatırladım. 1978-ci il idi. Onda gəlinlik yox, qara paltar geyinmişdim”.
Rəmiş vəsiyətini hazırladığını deyib:
“Bizim Gülü ilə rəsmi nikahımız var. Amma təmtəraqlı toyumuz olmayıb. Nəyim varsa, hər şeyi ona vəsiyət etmişəm. Belə etdim ki, öləndə qohumlarım malıma göz dikməsinlər. Evimi dövlət verib. Dünyadan köçəndə də özlərinə qaytaracam”.
Milli.Az