Sosial

Rektor qızını döyənlərin imtina etdiyi vəkil danışdı

Metbuat.az

Xəzər Universitetinin rektoru

Hamlet İsaxanlı

nın qızı

Ülkər İsayeva

nı döyməkdə təqsirləndirilən

Zaur

Elin Məmmədov

qardaşlarının imtina etdiyi vəkil

Pərviz Zamanlı

barəsində yayılanlara münasibət bildirib.



Milli.Az xəbər verir ki,

axar.az

-ın sualını cavablandıran P.Zamanlı hər iki tərəfin razılığı ilə bu addımın atıldığını deyib:



“Hüquqlarını müdafiə etdiyim şəxslər vəkilliyimdən imtina etdilər. Bu, normal haldır və onların hüququdur. İstədikləri adamı vəkil seçə, istədikləri adamdan da imtina edə bilərlər. Bilirsiz, mətbuatda deyilənlər olduğu kimi yazılmır. Yazırlar ki, onlar vəkillərin fəaliyyətindən narazı qaldıqları üçün imtina ediblər. Bu, doğru deyil. Yenə deyirəm, bu, onların hüququdur. Bu hüquqa heç kim nə qarışa bilər, nə də müdaxilə edə bilər. Mənim vəkil kimi xidmətimdən imtina səbəbinə gəlincə isə bu barədə əlavə heç nə deyə bilmərəm”.



Xatırladaq ki, Ü.İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Qardaşlar vəkilləri Pərviz Zamanlı və

Cavid Alıyev

ilə əməkdaşlığa artıq son veriblər.



Milli.Az