Mədəniyyət

“Regionlardan paytaxta”: Bakıda Quba rayonuna həsr olunmuş tədbir keçiriləcək

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

 


Aprelin 6-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Regionlardan paytaxta” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.


AZƏRTAC

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə keçiriləcək tədbir Quba rayonuna həsr olunacaq.


“Regionlardan paytaxta” layihəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın qədim və zəngin mədəniyyətini, regionların turizm potensialını təbliğ etmək məqsədi daşıyır, habelə regionlararası mübadiləni möhkəmləndirir.


“Regionlardan paytaxta” layihəsi çərçivəsində ilk tədbir 2015-ci il fevralın 10-da olub və Masallı rayonuna həsr edilib. Qəbələ rayonuna həsr olunmuş ikinci tədbir martın 2-də keçirilib.