Ramiz Mirişli ilə vida mərasimi keçirilir
Bakı. 18aprel. REPORT.AZ/ Bu dəqiqələrdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi başlayıb.
"Report" xəbər verir ki, mərasimdən sonra xalq artisti birinci Fəxri Xiyabanda dəfn ediləcək.
Vida mərasiminə bəstəkarın ailə üzvləri, qohumları, bir sira tanınmış mədəniyyət və incəsənət adamları qatılıblar. Onların arasında xalq artistləri
Arif Babayev,
Azər Zeynalov, Canəli Əkbərov, Brilliant Dadaşova, YAP-ın Ya
samal rayon təşkilatının Aparat rəhbəri Tağı Əhmədov, Parlamentin vitse-spikeri
Ziyafət Əsgərov, mədəniyyət və turizm nazirinin müavini
Ədalət Vəliyevvə digər tanınmış simalar da iştirak edir. Bundan başqa, bir çox ictimaiyyət təmsilçiləri də vida üçün toplaşıblar.
Qeyd edək ki, R.Mirişli dünən axşam 81 yaşında vəfat edib.
Bəstəkar 1934-cü il aprelin 16-da Naxçıvanda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.
Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir.