Sosial

Rabitə təpələri - FOTO

Metbuat.az

Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad rayonundan 15 km  məsafədə yerləşən, qalanı xatırladan təpələrin maraqlı tarixçəsi var. Müxtəlif dövrlərdə bu təpələr vasitəsi ilə uzaq məsafələrə xəbərlər ötürüldüyü üçün bura tarixə "rabitə  təpələri" kimi düşüb.



Cəlilabad rayonu relyefinə görə  dağlıq və düzən ərazilərdə yerləşdiyi üçün burada   əsrlərin sirlərini özündə əks etdirən xeyli sayda  təpələr mövcuddur. Bunlar arasında hamının marağına səbəb olan rayonun şimal-qərb istiqamətində bir-birindən 20-30 km məsafədə  yerləşən İnilitəpə, Təklətəpə və  Xudutəpə  hələ də keçmiş əzəmətini  saxlamaqdadır. Bu coğrafi ərazilərdən tarixin ayrı-ayrı dövrlərində müxtəlif hərbi təyinatlar üzrə istifadə olunub.



Bu təpələrdə yandırılan alovları digərlərində, xüsusən də, əsas strateji dayaq hesab edilən Qazan köşkü adlanan ən hündür təpədən daha aydın görmək mümkün olurmuş.



Beləliklə də o dövrün insanları ilk növbədə xarici müdaxilələrin baş verməsi  xəbərlərini Savalan dağına qədər rahatca ötürə, eyni zamanda ala bilirmişlər.



Hazırda da öz strateji əhmiyyətini qoruyub saxlayan bu məkanlar mövcud olduğu ərazilərdə son dərəcə yüksək olmaları ilə seçilir. Sovetlər dönəmində təpələrdən nisbətən hündüründə - İnilitəpə üzərində hərbi hissə də mövcud olub. Buradakı hərbçilər çətinlik çəkmədən ətraf ərazilərə nəzarət edirmişlər.



Milli.Az