Texnologiya

Qrafen lampalarının istehsalına başlanılıb

Metbuat.az

Britaniyanın Graphene Lighting şirkəti cari ilin sonuna bazara çıxarılacaq qrafen lampalarının istehsalına başlayıb. Bu lampalar qrafen əsasında hazırlanmış ilk kommersiya məhsulu olacaq.

 
İnnovasiya lampaları Mançester Universitetində yaradılıb. 2004-cü ildə rus əsilli Andrey Qeym və Konstantin Novoselov qrafen maddəsini kəşf edib. 2010-cu ildə alimlər bu kəşfə görə Nobel mükafatına layiq görülüblər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Graphene Lighting şirkətinin istehsalçıları bildiriblər ki, qrafen maddəsinin xüsusi xüsusiyyətləri hesabına yeni lampalar adi lampalarla müqayisədə daha uzun müddət işləyəcək və 10 faiz daha az elektrik enerjisi sərf edəcək. Bu halda yeni lampaların dəyəri müasir lampalarla müqayisədə aşağı olacaq.
 
Milli.Az