"Qızlarımın ipini uşaqlıqdan yığmışam"
Əməkdar artist
Almaz Ələsgərliqızlarına necə tərbiyə verməsindən danışıb.
Milli.Az
axşam.az-a istinadən xəbər verir ki, müğənni “Yeri gəlmişkən” verilişinə açıqlamasında vaxtilə onları döydüyünü etiraf edib:
“Uşağı gərək bələkdən tərbiyə edəsən, yoxsa sonra gec olur. Mən də qızlarımı döymüşəm də, onlara acıqlanmışam da, hətta elə olub ki, küçəyə çıxmağa belə qadağa qoymuşam. İndi görürəm, yaxşı ki, vaxtında bunları etmişəm. Demirəm, döyməsəydim, pis yola düşərdilər. Sadəcə, mən onları atasız böyütmüşəm. Düzgün tərbiyə verməsəydim, indi başıma çıxardılar. Qızlarım məndən it kimi qorxurlar”.
Əməkdar artist qızlarının xasiyyətcə bir-birlərindən fərqləndiyini deyib:
“Kiçik qızım Əminə sakitdir. Böyük qızım Mədinə isə od-alovdur, bir dəqiqə yerində dayanmır. Ancaq onların ipini uşaqlıqdan yığmışam. Qızım xaricdə olsa da, gündə 4-5 dəfə mənə zəng vurur. Onlara demişəm ki, mən nə söyləsəm o olmalıdır. Mütləq mənim sözüm keçməlidir. Əminə hər zaman mənimlə nəyisə məsləhətləşir. Mədinə isə dediklərimin əksini edir və yanıldığını görür. Ancaq nəsə pis vərdişi olarsa, onunla başqa cür danışaram”.
Milli.Az