Sosial

Qız özünü 16-cı mərtəbədən atdı

Metbuat.az

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.



ANS PRESS-in qaynar xəttinə daxil olan məlumatına görə, hadisə 15-20 dəqiqə əvvəl Həzi Aslanov metrosu yaxınlığında Məhəmməd Hadi küçəsi 73 ünvanında baş verib.



İlkin məlumata görə, təxminən 20 yaşlarında gənc qız binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.



Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır.



Qadının nə səbəbdən intihar etdiyi bilinmir.

Mənbə
ANS PRESS