Qədim oğuz tayfası Çələbilər haqqında kitab
Bakı, 7 aprel,
AZƏRTACGürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin dəstəyi ilə Nizami Məmmədzadənin “Çələbilər” kitabı nəşr olunub.
AZƏRTAC
xəbər verir ki, kitaba Gürcüstanda yaşayan soydaşımız, filologiya elmləri doktoru Şurəddin Məmmədli “Ön söz” yazıb və Çələbilər qəbiristanlığı haqqında ətraflı məlumat verib.
Müəllif çələbilərə həsr etdiyi poemada 1728-ci ildə Osmanlı dövründə tərtib edilən “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Baydar nahiyəsində iki Çələbi kəndinin olduğu bildirilib. Çələbilər qəbiristanlığı barədə Gürcüstan Mərkəzi Arxivində əhəmiyyətli materiallar var. Məlumata görə, Azərbaycanın bir neçə bölgəsində də Çələbi kəndi var.
Borçalıda mövcud olan Çələbi kəndinin adı digər kəndlər kimi XIX əsrədək bütün tarixi qaynaqlarda çəkilib. Ancaq sonralar hələlik məlum olmayan səbəblərə görə bu kənd xəritədən silinib.
Müəllif Borçalıda 200 ildən 500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanıb.