Sosial
Qəbələdə zəlzələ olub
Bakı. 13 aprel. REPORT.AZ/ Dünən Qəbələdə zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan
Milli Elmlər Akademiyasınəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla aprelin 12-də saat 14:57-də Qəbələ rayonun ərazisində, Qəbələdən 26 km şimali-şərqdə qeydə alınıb. Maqnitudası 3,7, dərinliyi 39 km olan zəlzələ hiss edilməyib.