Dünya
AZƏRTAC
Qazaxıstanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 15 nəfər həyatını itirib
Bakı, 20 aprel,
AZƏRTACQazaxıstanın Jambıl vilayətində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı aralarında üç azyaşlı uşağın da olduğu 15 nəfər həyatını itirib.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, qəza Alma-Atı – Yekaterinburq avtomagistralının 487-ci kilometrliyində baş verib. “Qazel” markalı yük maşını salonunda 19 nəfərin olduğu Mercedes-Benz mikroavtobusu ilə toqquşduqdan sonra hər iki avtomobil yanmağa başlayıb. Həlak olanların 14-nün Qırğızıstan vətəndaşı olduğu bildirilir.