Sosial

Qaz xətlərini oğurlayan şəxslər saxlanılıb

Metbuat.az

"Report"

Daxili İşlər Nazirliyi

nin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, cari il yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddət ərzində Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.


Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılıb.


Hadisə ilə bağlı araşdırmalar aparılır.