Sosial

Qaxda xarı bülbül

Metbuat.az

El arasında Şuşanı simvolizə edən xarı bülbülun Qaxda, bağların birində yetişməsi sakinlərin marağına səbəb olub.


Adına mahnılar qoşulan xarı bülbül... Dünyanın heç yerində rast gəlinməyən, təbiətin yalnız Azərbaycana bəxş etdiyi qeyri-adi gözəllik... Adı Qarabağla yanaşı çəkilən təbiət möcüzəsi...



Kanal S (Region TV) xəbər verir ki, xarı bülbüldən danışanda həmişə düşmən tapdağı altında olan torpaqlarımız, Qabarbağ yada düşür. Ona görə ki, bu bitkiyə əsasən Qarabağ zonasında rast gəlinir. Ancaq xarı bülbülün bu ilin yaz fəslində Qaxın Şıxlar kəndində əmələ gəlməsi sakinlərin xeyli marağına səbəb olub. Güllərin arasında xüsusi gözəlliyə malik bu bitkini görən bağ sahibi əvvəlcə gözlərinə inanmayıb.

Kəndin yaşlı sakinləri, ağsaqqallar əvvəllər bu kənddə və ümumiyyətlə, rayon ərazisində belə bir bitkiyə rast gəlmədiklərini söyləyirlər. Xarı bülbül gülün üzərinə qonmuş bülbülü xatırladır. Bu bitkiyə əsasən Alp cəmənliklərində rast gəlmək olur. Aran yerlərdə tez solsa da, dağlarda uzun müddət qala bilir. Xarı bülbül gözəlliyi ilə yanaşı, müalicəvi əhəmiyyət də daşıyır. Bu bitki xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Milli.Az