İqtisadiyyat

"Qaradağ" qaz anbarında yeni quyu qazılır

Metbuat.az

Bakı. 9 aprel. REPORT.AZ/ “Qaradağ” yatağında vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə 486 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (

SOCAR

) mətbuat xidmətindən məlumat verilib.


Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3 100 metrdir. 486 nömrəli quyuya sutkalıq 100 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.