Mədəniyyət

Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində növbəti musiqi axşamı

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

Aprelin 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində növbəti musiqi axşamı təşkil olunub.


AZƏRTAC

xəbər verir ki, “Laut Kafıg ətrafında” mövzusunda gecədə İsveçrədən gəlmiş ansamblın ifasında azərbaycanlı-Türkər Qasımzadə və Rüfət Xəlilov, İtaliya bəstəkarı Nicolo Castiglioni, koreya və alman bəstəkarı Youndhi Pagh-Paan və başqalarının əsərləri səsləndirilib.


Tədbirdə isveçrəli gitara ifaçısı Xristof Jaggin, fleytaçı Avital Cohenin səsləndirdiyi, dinləyiciklərin zövqünü oxşayan həzin musiqilər, peşəkar ifalar alqışlarla qarşılanıb.


Konsertdə “”Yoxuş”, “9 rübai”, “Laut Kafig”, “Bir daha” əsərləri dinləyicilərin zövqünü oxşayıb.