Ölkə

Qanlı əməl törədən 16 yaşlı oğlan tutuldu – BAKIDA

Metbuat.az

Bakıda 20 yaşlı oğlan bıçaqlanıb. Lent.az-ın məlumatına görə, aprelin 18-də saat 18:15 radələrində Bibiheybət qəsəbəsində 20 yaşlı Orxan Tarverdiyev bıçaqlanıb. Səbail RPİ CAŞ və 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ona xəsarət yetirməkdə şübhəli bilinən Astara rayon sakini, 1999-cu il təvəllüdlü Elşən Ramil oğlu Əliyev tutulub.

Araşdırmalar davam etdirilir.