Sosial

Qadınları fahişəliyə sürükləyən Günel tutuldu

Metbuat.az

Bakıda həmcinslərini Türkiyəyə apararaq fahişəliyə məruz qoyan qadın tutulub.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.



Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Günel Hacıyeva tutulub.



Onun gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə
ANS PRESS