Sosial

Qadın din xadimləri də yetişdiriləcək

Metbuat.az

"Azərbaycanda xanım din xadimlərinin çatışmazlığı var. Bu sahədə çatışmazlığı aradan qaldırmaq üçün işlər görülməlidir. Biz bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə danışacağıq".



Trend

xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Mübariz Qurbanlı

bu gün “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib.



O bildirib ki, İslam Universitetində qızlar oxuyurlar, ancaq yenə də qadın din xadimləri çox azdır.



M.Qurbanlı deyib ki, ən çox xurafat qadın yas məclislərindədir: “Qadın məclisləri başdan-ayağa xurafatdır. O məclisi aparan qadının özünün tərcümeyi-halını oxusan, dəhşətə gələrsən. Deyərsən, bu hara, din hara?”



Milli.Az