Şou
Mənbə
ANS PRESS
Polad Alemdarın sevgilisinin Nəfəsi (FOTO)
Azərbaycanda da sevilən məşhur türk aktrisası Özgü Namal Nəfəsinə qovuşub. ANS PRESS-in məlumatına görə, aktrisanın körpəsi cümə günü səhər saatlarında dünyaya gəlib.
Artıq körpənin ilk fotosu da yayılıb. Qucağındakı körpə ilə fotosunu "Kurtlar Vadisi"nin Elifi özü yayıb.
Körpənin atası reklam meneceri olan Serdar Oraldır.
Ö.Namalın doğumu evdə baş tutub. Belə ki, aktrisa doğuş sancısı başlanda xəstəxanaya çatmayacağını anlayıb. O, dərhal şəxsi həkiminə müraciət edib. Həkim "mama" köməyi ilə doğumu həyata keçirib.
Doğulan oğlan körpənin 3,5 kq çəkisi, 52 sm boyu olub. Ana və körənin vəziyyəti yaxşıdır.
Mənbə
ANS PRESS