Dünya
Pentaqon: ABŞ-ın iki hərbi gəmisi Yəmən sahillərinə göndərilib
[ 21 Aprel 2015 00:18 ]
Bakı-APA. ABŞ-a məxsus iki hərbi qəmi Yəmən sahillərinə göndərilib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin yüksək rütbəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, gəmilər şiə üsyançılarına (husilər) İran tərəfindən mümkün silah ötürülməsinin qarşını almalıdırlar.
Qeyd edək ki, ABŞ İranı husilərə dəstək verməkdə ittiham edir.