Sosial

Paytaxtın əsas prospektlərindən birində hərəkət yenə məhdudlaşdırılır (FOTO)

Metbuat.az

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Ziya Bünyadov prospektində hərəkət yenə məhdudlaşdırıldı.

Trend xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu gün saat 22:00-dan etibarən Ziya Bünyadov prospektinin Böyükyor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitlərinin hərəkəti məhdudlaşdırılacaqdır.

Məhdudlaşma I Avropa Oyunları ilə əlaqədar yolda göstərici xətlərin və üfüqi nişanların rənglənməsi işlərinin aparılması ilə əlaqədardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az