İqtisadiyyat
Paytaxtın bəzi küçə və prospektlərində sürət həddi aşağı salınıb
Bakı, 13 aprel,
AZƏRTACPaytaxtın bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobillərin sürət həddi aşağı salınıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
hava şəraiti nəzərə alınaraq Böyükşor-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava Limanı avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Belə ki, bu yollarda sürət həddi müvafiq olaraq, 120 km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib.
Hava şəraitinin dəyişəcəyi təqdirdə sürət həddi də yenidən əvvəlki vəziyyətə qaytarılacaq.