Mədəniyyət
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq
Strasburq, 21 aprel,
AZƏRTAC.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 24-də Parisin “Russkiy mir” qalereyasında azərbaycanlı rəssamların əsərlərindən ibarət “Azərbaycan rəssamları” adlı sərgi açılacaq.
Sərgidə əməkdar rəssamlardan Əsmər Nərimanbəyovanın, Hüseyn Haqverdinin və İsmayıl Məmmədovun, eləcə də Yusif Mirzənin, Anar Hüseynzadənin və Təvəkkül Abbasovun ümumilikdə 35 əsəri nümayiş olunacaq.
Sərgi mayın 30-dək davam edəcək.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq