Şou

"Özümü formada saxlamaq üçün 7 ildir ki..." - FOTO

Metbuat.az
Milli.Az xəbər verir ki, sevilən aktrisa Dilarə Əliyeva gözəllik sirrlərini atv.az-a açıqlayıb. Əməkdar artist gözəlləşməsi üçün hər gün özünə cəmi-cümləhətanı 2 saat yarım vaxt sərf edir:

“Heç vaxt demək olmaz ki, mən özüm-özümü gözəl qadın hesab edirəm. Bu yaxşı səslənmir. Mən heç vaxt belə demərəm. Ancaq yaxşı, səliqəli, gözəl görünmək üçün bir çox vasitələrdən istifadə edirəm. Gündə 2 saat yarım özümə vaxt ayırıram. Özümü formada saxlamaq üçün 7 ildir ki, idmanla məşğul oluram. Üzümə müxtəlif prosedurlar etdirirəm. Makiyaj və saç ustalarım çox yaxşıdır, ancaq peşəkarlarla işləyirəm. Amma gözəl görüntü hər şey demək deyil. Qadın intellektli, savadlı, hazırcavab olanda gördüyü işin öhdəsindən layiqincə gələndə, bu kompleks şəklində tam bir vəhdət təşkil edir. Gözəl olmaqla hər şey bitmir. Hər bir insan öz dilinin altında gizlənib. Əgər qadın həm gözəl, həm savadlı, həm də ki intellektlidirsə, bax o zaman, o, əsl gözəldir. İntellekti, ağlı, düşüncə tərzi yoxdursa, o qadına gözəl demək olmaz. Hətta, efirdə belə çox gözəl qız görə bilərsən. Cəmi 3 dəqiqə onun xarici görünüşü səni valeh edə bilər. Ancaq 3 dəqiqədən sonra onun hansı düşüncə sahibi olması, rəftarı diqqət mərkəzində olacaq”.
 
“Əks cins üçün gözəllik hansı dərəcədə vacibdir” sualına əməkdar artist belə cavab verib:

“Bir də görürsən ki, çox gözəl qadın olur, ancaq həmin qadının yanında olan kişini çoxları heç də gözəl hesab etmir. Deyirlər ki, heç bunlar bir-birlərinə yaraşmır. Deməli, yaraşan başqa məqamlar var. Sadəcə, o məqamı yaxalamaq lazımdır. Əgər o qadın onun yanındadırsa, deməli, qadını cəlb edən başqa şeylər var. Demək ki, intellekti, ağılı, düşüncəsi, savadı, qadına olan sevgi və hörməti olan kişi qadında maraq yarada bilir. Pafoslu səslənsə də, deyim ki, mən o tip insanam ki, qarşı tərəfin ağlına, zəkasına daha çox önəm verirəm”.

Milli.Az