“Oyuq” teatr-studiyasının üzvləri Türkiyədə çıxış edəcək
Bakı, 17 aprel
AZƏRTACAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq" teatr-studiyasının üzvləri səfərə hazırlaşır.
Teatrın mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, teatrın balaca istedadları Türkiyədə ənənəvi 23 aprel - Milli Suverenlik və Uşaq Günü münasibətilə keçiriləcək tədbirdə “Nağıl çələngi” adlı tamaşa-konsert proqramı ilə çıxış edəcəklər. Aylin Nəcəfli, Tunar İsa, Selcan Musayeva və Nazim Hacıyev türkiyəli yaşıdları qarşısında “Tıq-Tıq xanım”, “Cırtdan”, “Gəlincik” və “Ələddin” kimi məşhur nağıl qəhrəmanlarının obrazlarını canlandıracaqlar. Səidə Haqverdiyevanın ssenari müəllifi olduğu tamaşa-konserti studiyanın müəllimi, aktrisa Cəmilə Allahverdiyeva səhnələşdirib.
Aprelin 20-dən 26-dək davam edəcək səfər çərçivəsində balacaların Türkiyənin digər şəhərlərində çıxışları da nəzərdə tutulur.