Mədəniyyət
AZƏRTAC
“OSRAM” şirkəti “Eurovision-2015” mahnı müsabiqəsinin rəsmi tərəfdaşıdır
Bakı, 15 aprel,
AZƏRTACAlmaniyanın “OSRAM” işıqlandırma şirkəti “Eurovision-2015” mahnı müsabiqəsinin rəsmi tərəfdaşı oldu.
AZƏRTAC
mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, bu barədə məlumatı müsabiqənin icraçı direktoru Yan Ola Sand verib. Yarışmanın keçirildiyi məkanın işıqlandırılmasında “OSRAM”ın törəmə şirkəti olan “Clay Paky” məhsullarından istifadə olunacaq.
“OSRAM” şirkəti həmçinin “Lightify” sistemini təqdim edəcək. Bu, smartfon əlavəsi ilə tənzimlənən innovativ LED sistemidir. “Eurovillage” məkanına toplaşanlar səsvermədə ondan istifadə edə bilərlər.
Xatırladaq ki, Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalları müvafiq olaraq mayın 19 və 21-də, finalı isə 23-də olacaq.