Sosial
Milli.Az
"Onların niyyətləri heç zaman reallaşmayacaq"
"İlk Avropa Oyunları ərəfəsində ölkəmizdəki bəzi dairələr xalqımıza qarşı əks mövqedə dayanır". Milli.Az
yap.org.az-a istinadən xəbər verir ki, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı
Məlahət İbrahimqızıdeyib.
M.İbrahimqızı bildirib ki, hazırda ilk Avropa Oyunlarına yüksək hazırlıq işləri gedir. Onun sözlərinə görə, bu Oyunların bir çox ölkələrdə uğurlu təqdimatı keçirilir.
"Avropa ictimaiyyəti bu möhtəşəm tədbiri maraqla gözləyir. Avropa mətbuatı da bu məsələni diqqət mərkəzində saxlayır. Təəssüf ki, ölkəmizin daxilində bəzi qüvvələr xarici dairlərlə əlbir olub bu uğurumuza kölgə salmaq istəyirlər. Amma onların niyyətləri heç zaman reallaşmayacaq", - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Milli.Az