Sosial

Onlar uşaqların sağlamlığını və həyatını xilas edirlər - VİDEO

Metbuat.az

İmmunlaşdırma həftəsi aprelin 20-dən 25-dək keçiriləcək. RTV (Region TV) xəbər verir ki, immunlaşdırma həftəsinin əsas məqsədi planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılması və qızılca, məxmərəyə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsidir.



Peyvəndlərin edilməsi çox vacibdir. Lakin bir çox valideynlər uşaqlarına peyvənd vurdurmağa ehtiyat edir və bundan imtina edirlər. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisəsi tərəfindən təmin ediləcək. Buna görə də valideynlər yaşadıqları ərazilərdəki müalicə-profilaktika müəssisələrinə müraciət etməlidirlər.



Milli.Az