Sosial

"Onlar müsəlman ola bilməzlər"

Metbuat.az

İnsanları imana gətirmək məqsədilə gələn islam dininin mənsublarının arasında təfriqə yaradan, terror aktları törədənlər müsəlman ola bilməzlər.



Trend

xəbər verir ki, bunu Türkiyə Diyanət Başqanlığının sədr müavini

Həsən Kamil Yılmaz

bu gün Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.



Onun sözlərinə görə, insanın başqa dinin mənsubları ilə birlikdə yaşaya bilməsi təbiətdən gələn, fitri bir hadisədir. Birlikdə yaşamanın təməlində mərhəmət, sevgi, hörmət, qarşılıqlı xoş münasibət durur:



"Müsəlmanlar əslində başqa din mənsubları ilə birgə dinc yanaşı yaşayıblar. Birgə yaşadıqları şəhərlərdə başqa dinlərin dəyərlərinə hörmətlə yanaşıb, ehtiram göstəriblər. Qafqaz və Balkan bölgəsi, eləcə də indi olduğumuz Bakı şəhəri buna nümunədir. Birlikdə yaşamaq mədəniyyəti islamın təbii özəlliklərindən biridir.



Müsəlmanın işi təkcə namaz qılmaqla bitmir, o həm də insanların könlünü oxşamalı, 72 millətdən olanlara qarşı hörmətlə yanaşmalıdır".



Milli.Az