Şou

"Ondan çox qorxurdum..."

Metbuat.az
Mərhum Məhəbbət Kazımovun repertuarından “Mən səni sevən gündən” mahnısını oxuyan müğənni Xatirə İslam öz ifasını bəyənməyib
Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən sənətçi əməkdar artistlə bağlı xatirələrini də bölüşüb:
 
“Həmişə öz oxumağımı bəyənmişəm. Musiqinin məktəbini keçmişəm. Hansısa mahnıda səhv edəndə, düz oxumayanda onu ortaya çıxartmamışam. “Mən səni sevən gündən”i də özüməməxsus tərzdə ifa etdim, qulaq asanda bəyənmədim. Hətta Məhəbbət Kazımovun ruhu şad olsun deyə, Türkiyədə aranjman etdirdim. Məhəbbət müəllim başqa cür səsləndirib. Onunla bağlı gözəl xatirələrim var. İlk dəfə toy biznesi ilə məni o tanış edib. Çox zəhimli insan idi. Ondan çox qorxurdum, gələn kimi başımı aşağı salırdım. Onun yanında oturan qız oxuyana kimsə gəlib bir kəlmə deyə bilməzdi ki, sən filan mahnını oxu və ya nə qəşəng qızsan”.

Milli.Az