İqtisadiyyat

Ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 1,75 milyonu ötüb

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsində aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 752 min 660-a çatıb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, qeydiyyata alınan abonentlərin 22 min 863-ü qeyri-əhali, 1 milyon 729 min 797-i isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19 min 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 min 538-i Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin, 9 min 324-ü isə regionların payına düşür. Cari ildə qazlaşdırılan və qaz təminatı bərpa olunan yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.


Aprelin 1-nə olan məlumata görə, əhali sektoru üzrə 123 min 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.