Şou
Oksana Şahrux Xanla görüşündən danışdı
Rəqqasə Oksana Rəsulova Bollivud ulduzu Şahrux Xanla Hindistandakı görüşündən danışıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində təəssüratlarını bölüşən sənətçi aktyorun ünvanına təriflər yağdırıb:
“Şahruk Xanla çoxdan görüşmüşdüm. Dubayda konsert verən zaman ona Azərbaycan milli ənənələrini əks etdirən kukla bağışlamışdım. İndiki görüşümüzdə ona həmin fotonu göstərdim. Yadına düşdü. Qucaqlayıb, yanaqlarımdan öpdü. “Diqqətinə görə çox sağ ol” dedi. Artıq onun Azərbaycanla bağlı məlumatı var. Ailəsi də yanında olduğu üçün geniş danışa bilmədim. Çox səmimi, mehriban və həssas insandır. Növbəti görüşümüzdə daha yaxşı söhbət edəcəyimizə inanıram. Hər şey ola bilər”.