Sosial

Oğru itlər

Metbuat.az

Yevlax rayonunun Aran qəsəbəsinin sakinləri gecə-gündüz küçələrdə sərgərdan gəzən itləri özləri üçün təhlükə hesab edirlər. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, həmin itlər daha çox qaranlıq saatlarda onların narahatlığına səbəb olur.



Sakinlər deyirlər ki, bu yaxınlarda it küçədə uşaqlardan birini qapıb. Eyni təhlükəni qəsəbədəki 2 saylı Körpələr Evi-Uşaq Bağçasının balacaları və tərbiyəçiləri də yaşayırlar. Onlar deyirlər ki, uşaq bağçasının həyətinə girən itlər “oğurluq” da edirlər: "İtlərin əlindən uşaqların ayaqqabısı da qalmayıb. Hamısını aparıb, taykeş ayaqqabılar qalıb”, - deyə Körpələr Evi-Uşaq bağçasının müdiri

Sevinc Hacıyeva

bildirib. Aran qəsəbəsinin ərazi icra nümayəndəsi

Arif Qurbanov

isə narahatlıq doğuran məsələ ilə bağlı lazımi addımların atılacağını bildirir.



Milli.Az