Şou

"Oğluma dedim ki, sən kişisiən, kişi kimi geyin"

Metbuat.az
Elnarə Abdullayeva “Gündəlik”də oğlu Məhəmməddən söhbət açıb.
 
Gecce.az xəbər verir ki, xanəndə oğlu ilə alış-veriş edərkən qarşılaşdığı situasiyanı belə dilə gətirib:
  
“Uşaqlarımla keçən dəfə alış-verişə getdik. Oğlum elə şit rəngdə idman ayaqqabısı seçdi ki, mən yerimdəcə dondum. Soruşuram ki, oğlum, sən niyə bu rəngi seçirsən? Mənə deyir ki, ana, indi dəbdir, hamı belə geyinir.
 
Dedim, hamı geyinir deyə gərək sən də edəsən? Bu sənətdə də hamı çox şey edir, anan da onlar kimi olaydı? Olmaz. Sən kişisən, kişi rəngini seç! Kişi səhv buraxmaz. Sabah deyərlər ki, sən keçmişdə nələr geyinmisən…”

Milli.Az