Mədəniyyət
Böyütək üçün şəkillərə klikləyin.
Nizami Kino Mərkəzində Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sakinlərinə animasiya filmləri nümayiş olundu - FOTO
Nizami Kino Mərkəzində Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sakinlərinə animasiya filmləri nümayiş olundu.
Aprelin 17-də Nizami Kino Mərkəzi “Azanfilm” studiyasının dəstəyi ilə Azərbaycan Uşaqları İctimayi Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzinin sakinləri üçün son illərdə çəkilmiş milli animasiya filmlərinin pulsuz nümayişi keçirib.
İctimayi Birliyin sədri Kəmalə Ağazadə, uşaqlara təmənnasız kömək göstərən - Nigar Bayramlı və Yuliya Fedotova uşaqlar adından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirdilər və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu etdilər.
Bu sırada kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.
Böyütək üçün şəkillərə klikləyin.