Şou

Nəzrin Cavadzadənin filmi daha bir mükafat aldı

Metbuat.az
Erol Mintaşın rejissorluğu ilə çəkilən “Anamın mahnısı” (“Annemin şarkısı”) filmi İtaliyada təşkil edilən 16-cı “Lecce Avropa Filmləri Festivalı”nda “Ən yaxşı film” nominasiyası üzrə “Qızıl Zeytun Ağacı” mükafatına layiq görülüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu günədək 7 beynəlxalq mükafata layiq görülən ekran işində baş rollarda Fəyyaz Duman, Zibeydə Ronahi, azərbaycanlı aktrisa Nəzrin Cavadzadə və başqaları çəkiliblər.



Film 2014-cü ildə istehsal olunub.



Ekran işində yaşadıqları kənddən İstanbula köçən ana-oğul münasibətlərindən bəhs edilir.