Şou

Nəzrin Cavadzadə Bakıda media nümayəndələri ilə görüşəcək

Metbuat.az
Tükiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, aktrisa rol aldığı “Son məktub” filmi ilə bağlı keçiriləcək mətbuat konfransında çıxış edəcək. “28 cinema”da baş tutacaq tədbirdə filmin yaradıcı heyəti – rejissor və prodüser Özhan Ərən də olacaq.



Qeyd edək ki, Çanaqqala hadisələrindən bəhs edən ekran işində N.Cavadzadə həkim Nihal obrazını canlandırır. Ekran işi Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə 100 ölkədə göstəriləcək.