Sosial
Nəsimi rayonunda azyaşlı xilas edilib
Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nəsimi rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
"Report"un
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin xilasetmə qüvvələri cəlb olunublar.
Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:06-da başa çatıb.