İqtisadiyyat

Nərimanov rayonu ərazisində bir neçə küçədə təmir işləri aparılır

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri aparılır.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən

AZƏRTAC

- a bildirilib ki, təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri artıq başa çatdırılıb.


İsmayıl Hidayətzadə küçəsində isə səki daşları yenilənib. Hazırda yeni asfalt-beton örtüyünün salınması işləri davam etdirilir.


Axşam saatlarınadək ərazidə asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır.