Nazirlər Kabinetinin iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı qərarı təhsil işçilərinə şamil edilməyəcək
Onun sözlərinə görə, Avropa Oyunlarının keçirilməsi tələbələr, şagirdlər arasında çox müsbət qarşılanır: "Sevindirici haldır ki, on minlərlə könüllü, məhz təhsil sistemindən Oyunları dəstəkləmək və öz töhfəsini vermək üçün qoşulub. Nazirlik olaraq bu istiqamətdə lazım olan dəstəyi həm könüllülərə, həm də müvafiq təhsil müəssisələrinə verməyə hazırıq. Təhsil sisteminin hər bir üzvünü - həm təhsil verənləri, həm də təhsil alanları Avropa Oyunlarında daha yaxından iştirak etməyə çağırırıq. Çünki bu, Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük hadisədir".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Birinci Avropa Oyunlarının keçirilməsi zamanı iş vaxtı rejimi dəyişdiriləcək. Bu dəyişiklik növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlərə şamil edilməyəcək.