Sosial

Nazir: “Xaricdə təhsil təklif edən şirkətlər sui-istifadə hallarına yol verir”

Metbuat.az

Təhsil Nazirliyi müəllimlərlə bağlı başlanılan islahatın davamını təmin etmək üçün Nazirlər Kabinetinə təkliflər təqdim edib. Hazırda region müəllimlərinin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov bildirib.

Nazir həmçinin azərbaycanlı gəncləri xaricdə təhsilə cəlb edən müəyyən şirkətlərlə bağlı da açıqlama verib: “Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır. Açıqlamanın məqsədi ondan ibarət idi ki, 2007-2015-ci illərdə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramına qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir. Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq”.