Mədəniyyət

“Nar” tərəfindən kitab həvəskarları üçün elan edilmiş onlayn müsabiqə başa çatıb

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Kitaba olan marağı artırmaq, kitabsevərləri dəstəkləmək üçün “Nar” tərəfindən “Ali & Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə davam edən “Ürəklə al, çox oxu” kampaniyası çərçivəsində keçirilmiş #NarlaOxu“Twitter” müsabiqəsi başa çatıb. Qeyd edək ki, “Twitter” istifadəçiləri oxumaq istədikləri və ya “Nar”-ın kampaniyası çərçivəsində aldıqları kitablar haqqında tvitlər yazaraq müsabiqədə iştirak edirdilər.


Şirkətdən

AZƏRTAC

-a bildirilib ki, müsabiqə müddətində ən çox retvit toplamış istifadəçilər arasından seçilmiş qaliblərə dəyərli mükafatlar verilib. Müsabiqənin qalibi Orucova Günel Məzahir qızına (@Oruc_) və Cəfərov Rauf Seyid oğluna(@raufjafarov) “Amazon Kindle Voyage”, üçüncü yerin sahibi Əliyeva Aynur Yaşar qızına (@dreaminooo) isə “Amazon Paperwhite” e-kitabları təqdim olunub. “Nar” kitaba olan həvəsi artırmaq üçün retvitlər əsasında 4-cü və 5-ci yerləri tutan Bağırov Coşqun Nazim oğluna (@bagirovich) və məşhur aparıcı DJ Fatehə (@DJ_Fateh) “Ali & Nino” dükanlar şəbəkəsində keçərli olan 100 manat dəyərində hədiyyə kupon verilib. DJ Fateh qazandığı kuponu öz səhifəsində keçirəcəyi başqa bir müsabiqənin izləyicilər arasındakı qalibə təqdim edəcəyini bildirib.