Şou

Namiq: "Aparıcılardan tələb edirəm..." - FOTO

Metbuat.az

Meyxanaçı

Namiq Qaraçuxurlu

aparıcılara müraciət edib.



Milli.Az

axşam.az

-a istinadən xəbər verir ki, sənətçi hər kəsdən özünə qarşı hörmət tələb etdiyini bildirib:



“36 yaşım var, həyatımın yarısını sənətə sərf etmişəm. Verilişlərə naşı insanları dəvət edirlər. Son zamanlar isə efirlərdə quyu qazmaq, iynələmək kimi hallarla qarşılaşıram. Mən işimdən zövq almaq istəyirəm. Hörmətə layiq insanam. Aparıcılardan da mənə hörmətlə yanaşmalarını tələb edirəm. Demirəm ki, aylarla efirə çıxmayacam. Hərdən görünəcəm. Bu addımımla gənclərə də dəstək oluram. Mən olmayacam, onların efirə çıxmağına şərait yaranacaq. Hazırda yaradıcılığımla məşğulam. Yeni mahnılar bəstələyirəm. Efirdən uzaqlaşmaq toy bazarıma təsir etməyib. Ümumiyyətlə, ay ərzində toyun çox olması mənim şərtlərimdən asılıdır”.



Milli.Az