Şou

"Namaz qılıram, Həcc ziyarətinə də gedəcəyəm"

Metbuat.az
Müğənni Hülya Avşarın bacısı, aktrisa və model Helin Avşar yeni müsahibəsində həyat tərzindən danışıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, o, idmandan ayrı qalmadığını, hər gün qaçış və digər idman növləri ilə məşğul olduğunu bildirib. Evlilik haqqında suala isə o, doğru adam tapdığı anda evlənəcəyi cavabını verib:



"Öz uşağım olmasa, övladlığa götürəcəyəm. Uşaq doğmaq üçün evlənmək istəmirəm. Hər kəsə "mən də evləndim, uşağım var" kimi şeylər demək üçün ailə qurmaq mənə görə deyil",


 


Bir vaxtlar aparıcılıq da edən Helin namaz qıldığını deyib:



"Çox inanclıyam. Həmişə dua edirəm. Namaz qılmağa başladım, yavaş-yavaş öyrənirəm. Allah qismət edərsə Həcc ziyarətinə gedəcəyəm".