Mütəxəssislər, xərçəng xəstələrini xəbərdarlıq edib
Bakı. 4 aprel. REPORT.AZ/ Mütəxəssislər, xərçəng xəstələrinin balıq yağı istifadə etməmələrini təklif edib. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Niderland Xərçəng İnstitutunun 118 xərçəng xəstəsi üzərində apardığı araşdırma nəticəsində belə nəticəyə gəlinib ki, balıq yağı və ya omega-3 qəbul edən xəstələrin bədəni kimyaterapiyaya əks təsir edən maddə ifraz etməyə başlayır.
"Jama Oncology Jurnalı"nda nümayiş olunan araşdırma, bu məhsulları istifadə edən xəstələrin qan analizlərində yağ turşularında artım olduğunu aşkara çıxardıb. Aparılan təcrübə göstərib ki, balıq yağının içində olan kimyəvi maddələr demək olar bütün kimyaterapiya növlərində əks təsir yaradır və xərçəng hüceyrələrinin müalicəyə cavab verməməsinə səbəb olur.