Mədəniyyət
Müsabiqəyə yekun vurulacaq
Bakı, 21 aprel,
AZƏRTACAprelin 23-də Binəqədi Mərkəzi Mədəniyyət evində “Canlı klassika-2015” müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
İdarənin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki, mayin 15-dək isə beynəlxalq onlayn final mərhələsi həyata keçiriləcək və ölkəmizi təmsil etmək üçün seçilmiş oxucular iyunda Moskvada baş tutacaq “Canlı klassika - 2015” müsabiqəsinin super finalında iştirak edəcək.
Bildirilib ki, final mərhələsində bütün iştirakçı ölkələri təmsil edən 20 namizəd çıxış edəcək. Finalda ən çox bal toplamış 3 namizəd qalib elan edilərək, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.