Sosial

Mülayim yaz havası olacaq

Metbuat.az

Aprelin 8-də

Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

AZƏRTAC

-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 15-20° isti olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoza görə aprelin 8-9-da Abşeron yarımadasında komfort temperatur şəraitli mülayim yaz havası meteohəssas insanlar üçün əlverişlidir.



Naxçıvan Muxtar Respublikasında

hava, əsasən, yağmursuz olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23°, bəzi yerlərdə 26° isti olacağı gözlənilir.



Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, bəzi yerlərdə 17° isti olacağı gözlənilir.



Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

havanın yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 16-21° isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti olacağı gözlənilir.



Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

hava yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.



Milli.Az