Şou
Müğənni Nazənin sadiq prodüserindən ayrılıb - FOTO
Metbuat.az -ın məlumatına görə, uzun illərdir müğənni Nazəninin prodüseri çalışan Pərviz Fəqan işbirliyinə son qoyub. Belə ki, prodüserin müğənnidən ayrılmasına səbəb ictimaiyyətə tanış olmayan şəxslər olub. Amma bu ayrılıqda bəzi mətbuat işçisinin də əməyi olduğu bildirilir.
Məsələylə bağlı P.Fəqan ilə əlaqə saxladıq. O, qısa olaraq, Nazənin ilə işbirliyinə son qoyduğunu təsdiq etsə də, amma səbəbləri açıqlamadı. Qeyd olunan səbəbləri isə nə təsdiq, nə də inkar etdi.
Qeyd edək ki, P.Fəqan Nazənin ilə çalışan ərəfədə müğənni Günel Məhərrəmovanın da prodüseri olub.