Müğənni Lalə Məmmədova Kayahana görə göz yaşı tökdü - VİDEO
Mərhum müğənni Kayahanla bağlı xatirələrindən danışan əməkdar artist Lalə Məmmədova göz yaşlarını saxlaya bilməyib. Lent.az-ın məlumatına görə, “10-lar” verilişinə açıqlama verən ifaçı deyib ki, türkiyəli müğənnin vəfatı ona pis təsir edib: “O qədər təvazökar insan idi ki, tərif də söyləməyə imkan vermirdi. İndi məni çox pis vəziyyətdə görüntülədiniz. Ürək edib, ona deyə bilmirdim ki, gəl görüşək. Çünki artıq telefonlarına zəng çatmırdı. Amma mən onun nömrəsini telefonumdan silməyəcəm. Sənət adamlarının itkisi adama çox pis təsir edir. Məni Laləciyim deyə çağırırdı. Martın 21-də İsveçrədə idim. Biletimi İstanbula aldım ki, gedib onunla görüşüm. Zəngləşib, danışmışdıq. Hətta hədiyyə də almışdım. Martın 20-də xanımı İpək zəng etdi ki, Kayahanı reanimasiyaya yerləşdirdik. Ona hədiyyə də almışdım, verə bilmədim. Allah rəhmət eləsin”.